Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Haftar türkmeyilli Dibeydəni niyə dəstəklədi?

Baxılıb: 526     Tarix: 09-02-2021 15:27   

Liviyanın keçmiş Baş naziri Fayez Sərracın hakimiyyətdən getməsi gözlənilirdi. Özü də bir neçə dəfə istefa verəcəyini qeyd etmişdi. Məsələ ondadır ki, Liviyadakı müharibə faktiki olaraq vətəndaş müharibəsı konteksindən çıxaraq Sərrac ilə Haftarın hakimiyyət müharibəsinə dönmüşdü. Bu isə öz növbəsində həm region ölkələrini, həm də böyük gücləri narahat edirdi.
Bu sözlər politoloq Turab Rzayev Əbdülhəmid Dibeydənin Liviyanın yeni Baş naziri seçilməsini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, müvəqqəti hökumətin qurulmasına dair səsvermə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Stefani Uilyams vasitəsilə həyata keçirilib:
“Əbdülhəmid Dibeydənin Liviyanın yeni Baş nazir seçilməsi ani və gözlənilməz oldu. Bunu Haftarın sözçüsü Əhməd əl-Mismari də ötən gün verdiyi açıqlamada bir daha təsdiqlədi. Görünür, Dibeydənin Baş nazir seçilməsi Haftarın da ürəyincədir. Çünki Liviyada qiyamçı Xəlifə Haftar yeni qurulan hökumətə uğurlar arzulayıb. O ki qaldı seçkilərin bu tezlikdə seçilməsinə, deyə bilərəm ki, Liviyadakı vətəndaş müharibəsi uzun müddətdir davam edir və ölkədə marağı olan ABŞ, İngiltərə, Fransa, İtaliya, Türkiyə kimi ölkələr məsələdən narahatdır. Bu ölkədə maraqları olan bütün qüvvələr müharibənin qısa müddətdə bitməsini və Liviyada sabitliyin bərpasını istəyirdi.
İndiki halda Əbdülhəmid Dibeydə haqda bir şey demək çətindir. Onun atacağı addımlar, Liviyanı nələr gözlədiyini yaxın günlərdə biləcəyik. Lakin istər Haftarın onu tərifləməsi, istərsə də digər ölkələrin pozitiv açıqlamaları Liviyada vətəndaş müharibəsinin bitə biləcəyindən xəbər verir”.
Politoloq qeyd edib ki, Dibeydə ilk açıqlamasında Türkiyə meyilli olduğunu göstərsə də, Həftər tərəfi məsələyə mənfi reaksiya vermədi:
“Dibeydə ilk açıqlamasında “Türkiyə sadəcə, Liviyada deyil, dünyada özünü göstərmiş bir ölkədir. Müharibə zamanı liviyalıların sərbəst gedə bildiyi, Tripolidəki səfirliyini açıq saxlayan yeganə ölkə Türkiyə idi. Türkiyə və Liviya xalqı arasında iqtisadi birlik olacağına inanıram”, - dedi.
Mahiyyət etibarilə bu, onun türkiyəmeyilli olduğuna dəlalət edir. Lakin Haftar tərəfi Dibeydənin bu açıqlamasına mənfi bir reaksiya vermədi. Bunun bir neçə səbəbi ola bilər.
Birincisi, Haftar Dibeydəni Sərracdan daha zəif oyunçu kimi görür. Buna görə də ondan və onun dediklərindən çəkinmir.
İkincisi, Sərracla aparılan mübarizə Haftarın da qüvvələrinin və gücünün azalmasına gətirib çıxarıb. Yəni Haftar Dibeydəni hədələyərək Türkiyənin tam dəstəyini ona qazandırmaq istəmir.
Üçüncüsü, Haftarın ağaları ondan Dibeydəyə biət etməsini istəyib və beləcə o, əlindəki ərazilərlə kifayətlənərək koalision hökumətin tərkibində yer alaraq federativ bir quruluşa getməyə hazırlaşır. Bunun üçün də Dibeydə ilə xoş münasibətlər qurmaq istəyir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar