Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

53 mindən çox miqrant geri qayıdıb

Baxılıb: 925     Tarix: 01-08-2026 09:59   

Mərakeşdən İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya keçən 53 mindən çox qeyri-qanuni miqrantın könüllü şəkildə Mərakeşə qayıtdığı açıqlanıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə EFE agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, İspaniya hökuməti əvvəlcə Seutaya qanunsuz yollarla daxil olanların sayını 50 min olaraq qiymətləndirsə də, şəhərin yerli administrasiyası bu rəqəmin 60 minə çatdığını açıqlayıb.

İspaniya polisi, yerli hüquq-mühafizə orqanları və hərbi bölmələr Seutanın müxtəlif ərazilərində qalan miqrantlara Mərakeşə qayıtmaları barədə məlumat verir.

Könüllü şəkildə geri dönmək istəməyən şəxslərin müəyyənləşdirilməsi məqsədilə polis gecə saatlarında nəzarəti daha da gücləndirib. Hüquq-mühafizə orqanları miqrantları Taraxal sərhəd-keçid məntəqəsinə istiqamətləndirir.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Seutaya daxil olanların, demək olar ki, hamısı artıq Mərakeşə geri qayıdıb.

Nazir vurğulayıb ki, polis nəzarəti və şəxsiyyət yoxlaması olmadan Seuta və Melilyadan İspaniyanın materik hissəsinə keçmək mümkün deyil. Onun sözlərinə görə, Şengen zonasının sərhəd təhlükəsizliyi tam təmin olunur. Nazir ictimaiyyəti dezinformasiyaya inanmamağa çağırıb.

Avropa İttifaqının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner də Albareslə telefon danışığı apardığını təsdiqləyib.

Brunner bildirib ki, görülən tədbirlər nəticəsində Seutaya daxil olan miqrantların, demək olar ki, hamısı geri qayıdıb və heç biri Avropa materikinə keçə bilməyib. O əlavə edib ki, Aİ üzv ölkələri vəziyyəti yaxından izləməyə davam edir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar