Ona cinayət işinin açılması üçün müraciət edildi
Baxılıb: 865 Tarix: 01-08-2026 14:05

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi ölkənin baş prokurorluğunun ofisinə Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı cinayət işinin başlanması imkanını nəzərdən keçirmək xahişi ilə müraciət edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, daha əvvəl müxalif Belarus Demokratik Qüvvələr Forumu Zelenskidən Lukaşenkonun “hərbi cinayətlərə və dövlət terroruna görə” məsuliyyətə cəlb edilməsinə nail olmasını xahiş edib.
Bununla belə, Lukaşenkonun Ukrayna məhkəməsi qarşısına çıxarılma ehtimalının az olduğu qeyd edilib. Lakin ona qarşı bu addımların müxalifət tərəfindən Qərbin Belarus rəhbərinə təzyiq göstərməsi üçün arqument kimi istifadə edilə biləcəyi bildirilir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər



















