Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Saakaşvili özünü Odisseyə bənzətdi

Baxılıb: 9112     Tarix: 03-08-2026 09:32   

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz taleyini Kristofer Nolanın eyniadlı filmindəki Odisseyin (Homerin "Odisseya" əsəri əsasında çəkilib - red.) hekayəsi ilə müqayisə edib, hakim Gürcü Arzusu Partiyasını isə qədim yunan eposunun qəhrəmanının arvadı Penelopanın elçilərinə bənzədib.

Qanunvehedef.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

Saakaşvili bildirib ki, filmi həbsxanada izləyib və orada öz taleyi ilə bağlı dərin fəlsəfi məna görüb:

“Odissey 20 illik səyahətdən sonra geri qayıdır, başqa bir adamın kimliyinə girərək gizlicə ölkəsinə daxil olur və qayıdanda arvadı Penelopanın çoxdan onu məhv etməyə, var-dövlətini talamağa çalışan çoxsaylı elçiləri ilə qarşılaşır. Hamısı böyük qəzəblə Odisseyə hücum edirlər. Bu hekayədə Penelopa obrazı Gürcüstanı, onun elçiləri isə Gürcü Arzusu Partiyasının simasında ölkənin indiki hakimiyyətini simvolizə edir”.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}