Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Oman sahillərində yük gəmisi vuruldu

Baxılıb: 954     Tarix: 04-08-2026 09:33   

Oman sahillərində üzən yük gəmisi naməlum mərmi ilə vurulub.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, insident çərşənbə axşamı səhər Omanın Xasab şəhərindən təxminən 20 dəniz mili şimal-şərqdə qeydə alınıb.

Məlumata görə, yük gəmisi vurulduqdan sonra təcili yardım siqnalı yayımlayıb.

UKMTO hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb və bölgədən keçən gəmilərə ehtiyatlı olmaları, hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat vermələri tövsiyə olunub.

Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar