Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq

Baxılıb: 8512     Tarix: 04-08-2026 11:58   

Ermənistanın KTMT orqanlarında səsvermə hüququndan məhrum edilməsi qərarı iştirakçı ölkələrin ümumi razılığını tələb edəcək.

Qanunvehedef.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib.

“KTMT Nizamnaməsinin 25-ci maddəsi təşkilata iki illik maliyyə borcu olduqda, iştirakçı dövlətin səs vermək və nümayəndələrini irəli sürmək hüququnun dayandırılması ehtimalını nəzərdə tutur. KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək və dövlət liderləri bu məsələni müzakirə edəcəklər. Lazım gələrsə, bu barədə qərar konsensus yolu ilə qəbul ediləcək”, - o bildirib.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dondurub.


Qanunvehedef.az





{sape_links}{sape_article}