Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

8,4 milyondan çox ukraynalı ölkəni tərk edib

Baxılıb: 8617     Tarix: 05-08-2026 10:59   

Rusiya-Ukrayna müharibəsi səbəbindən hazırda 8,4 milyondan çox ukraynalı ölkə xaricindədir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets “Telegram” kanalında məlumat yayıb.

“8,4 milyondan çox vətəndaşımız bu gün Ukraynanın hüdudlarından kənardadır”, - Lubinets yazıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra 5,7 milyondan çox ukraynalı ölkəni tərk edib. D.Lubinetsin açıqladığı rəqəm isə Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən indiyədək olan dövrü əhatə edir.

Avropa Statistika İdarəsinin (“Eurostat”) son məlumatlarına əsasən, hazırda 4,38 milyon ukraynalı Avropa İttifaqı ölkələrində müvəqqəti müdafiə altındadır. Onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Ən çox ukraynalı qaçqını Almaniya, Polşa və Çexiya qəbul edib. Bu üç ölkədə təxminən 2,65 milyon Ukrayna vətəndaşı yaşayır.


Qanunvehedef.az





{sape_links}{sape_article}