Xəbər lenti
06/08/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Razılaşmaya üstünlük verərdim, amma...”

Baxılıb: 944     Tarix: 06-08-2026 08:57   

“İranla razılaşmaya üstünlük verərdim, amma güc tətbiqi də seçimdir”.

Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nevada ştatının Las-Veqas şəhərində keçirilən iqtisadi tədbirdə çıxışı zamanı deyib.

O, İranla bağlı diplomatiyaya üstünlük verdiyini, lakin danışıqların nəticə verməyəcəyi təqdirdə hərbi variantın da gündəmdə olduğunu bildirib.

Tramp İranın nüvə proqramına toxunub. O, Tehranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini deyib.

“İnsanları öldürmək istəmədiyim üçün onlarla razılaşmaya üstünlük verərdim”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti deyib ki, onun administrasiyası İranla bağlı “İkinci Dünya müharibəsindən sonra ən böyük hücum” planını hazırlayıb, lakin bəzi regional liderlərin və İran rəsmilərinin müraciətlərindən sonra bu addım dayandırılıb.

Trampın sözlərinə görə, ona “bunu etməyin, danışaq” mesajı verilib.

“Hazırda danışırıq. Görək nə baş verəcək. Onlar bizə hörmət edirlər. Lakin danışıqlar uğursuz olarsa, İrana qarşı çox sərt addımlar atmağa hazırıq”, – deyə ABŞ lideri vurğulayıb.

Tramp bir daha ABŞ-nin əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib.

O, diplomatik həll yolunun mümkün olmasını istədiyini qeyd etsə də, Vaşinqtonun bütün variantları nəzərdən keçirdiyini deyib.


Qanunvehedef.az





{sape_links}{sape_article}