Xəbər lenti
06/08/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İspaniyaya miqrasiyanı təşkil edən 34 nəfər saxlanıldı

Baxılıb: 795     Tarix: 06-08-2026 15:31   

Mərakeşin Tetuan şəhərinin prokurorluğu iyulun 30-da on minlərlə miqrantın ölkə ərazisindən İspaniyanın Seuta şəhərinə keçməsi hadisələri ilə bağlı 34 nəfəri məsuliyyətə cəlb edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Mərakeşin “Hespress” portalı məlumat yayıb.

Həmin şəxslərə qarşı sərhədin qanunsuz keçilməsinin təşkili, lisenziyasız sərnişin daşınması, üzən vasitələrin həddindən artıq yüklənməsi, viza müddəti bitdikdən sonra ölkədə qanunsuz qalma, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı təhqir və hücumlar etmə, itaətsizlik, əmlakın və ictimai infrastruktur obyektlərinin qəsdən məhv edilməsi kimi ittihamlar irəli sürülüb.

Bundan başqa, miqrasiya böhranının kəskinləşməsi zamanı Nador şəhərində baş vermiş hadisələrlə əlaqədar saxlanılmış daha 52 nəfərin işi məhkəməyə göndərilib.

Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən on minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. İyulun sonundan etibarən azı 72 min qanunsuz miqrantın Seuta şəhərinə daxil olduğu, lakin onlardan təxminən 70 min nəfərinin Mərakeşə geri qayıtdığı bildirilir. İspaniya ərazisinə keçməyə çalışarkən azı 75 nəfər həlak olub.


Qanunvehedef.az





{sape_links}{sape_article}