Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Üçtərəfli müdafiə sazişi imzalayacaqlar

Baxılıb: 8215     Tarix: 07-08-2026 12:21   

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişi imzalanacaq.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “TRT Haber” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

İmzalanma mərasiminin bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacağı bildirilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına birgünlük işgüzar səfər edib. Səfər çərçivəsində onun krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşəcəyi gözlənilir.


Qanunvehedef.az





{sape_links}{sape_article}