Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

TÜRKİYƏ NATO-nu PARÇALAYA BİLƏR! – “Rusiya və Çinlə işləmək Türkiyə üçün kəskin dönüşdür”

Baxılıb: 468     Tarix: 10-07-2019 11:45   

Rusiya ilə “S-400” raketləri müqaviləsi bağlayan Türkiyə son zamanların ən çox müzakirə edilən Hava Hücumundan Müdafiə sistemlərini alacaq. Gözlənilir ki, yüksək effektli müdafə imkanlarına malik və bütün diqqətləri özünə çəkən “S-400” raketləri 15 iyul tarixində Türkiyədə yerləşdiriləcək. Amerika tərəfindən sanksiya hədələri fonunda reallaşdırılan bu sövdələşmə son dövrlərin ən böyük intriqasıdır.
Hətta öz müttəfiqlərinə də “Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə əks təsir göstərmək” (CAATSA-Cauntering Americas Adversaries Trough Sanctions Act) qanunu kimi iqtisadi silahdan istifadədə tərəddüd etməyəcəklərini bildirən ABŞ hökumətinin, Türkiyə əleyhinə hansı addım atacağı daha çox maraq doğurur.
“Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutu” (SIPRI-Stocholm İnternational Peace Reserach Institute) “Yeni Şafak”-a ABŞ prezidenti tərəfindən qəbul olunmuş bu qanunu şərh edib. Həmin institut hesab edir ki, “hədələmə” siyasəti ABŞ və onun NATO müttəfiqləri arasındakı münasibətləri dağıdır.
- “Müttəfiq ölkələr” – ABŞ milli maraqlarının qurbanıdır!
“SIPRI”-nin hərbi xərclər və silahlanma proqramıyla bağlı əməkdaşı xanım Aleksandra Kuimova qeyd edir ki, son on ildə iqtisadi sanksiyalar ABŞ-ın xarici-iqtisadi siyasətində ən mühüm vasitəyə çevrilib. Onun sözlərinə görə, 2017-ci ilin avqustunda qəbul olunan “CAATSA” qanununa Rusiyanın önünü kəsmək vasitəsi kimi baxılır.
Ekspert deyir ki, Rusiya ilə əlaqədar ABŞ sanksiyalarını gücləndirən “CAATSA” Amerikan hökumətinə Rusiya silahı alan ölkələrə məhsul ixrac etməmək hüququ tanıyır, bundan başqa dövlət müəssisələrinə və ya şirkətlərinə Rusiya silahı ilə bağlı hər hansı tranzaksiya keçirməyə icazə vermir.
Kuimova qeyd edir ki, Amerikanın Rusiya maraqlarını dağıtmaqda “CAATSA”–dan bir vasitə kimi istifadə etməsində müəyyən məntiq var, amma Rusiya silahlarını alan ölkələrin bu məsələdə ABŞ-la problem yaşamayacağını söyləmək çox çətindir.
Kuimova deyib: “Milli maraqları baxımından Rusiya silahlarının əksər alıcıları ABŞ üçün çox mühümdür. Bunlar ABŞ-ın Hindistan kimi strateji müttəfiqləri və ya alyans üzrə rəsmi müttəfiqləridir. Məsələn, NATO-nun bəzi olkələri hələ də sovet hərbi avadanlıqlarından istifadə edir, Rusiyadan ehtiyat hissələri və proqram yenilənmələri alırlar”.
- CAATSA nə deməkdir?
2 avqust 2017–ci il tarixində ABŞ prezidenti tərəfindən imzalanmış qanun son zamanlar Rusiya, İran və Şimali Koreyaya qarşı tətbiq olunan sanksiyaların yolunu açıb. Bu qanun çərçivəsində Rusiyanın müdafiə sənayesi sahəsi və kəşfiyat xidməti ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyalar tətbiqi nəzərdə tutulur.
2018-ci ilin sentyabrında “CAATSA” çərçivəsində ilk sanksiya Çinin mərkəzi hərbi komissiyasının avadanlıq hazırlığı departamentinə tətbiq edilib.
Qeyd olunub ki, Türkiyənin Rusiyadan “S-400” raketi alması “CAATSA”-nın 231-ci bölümünü pozur və ona görə də, gündəliyə sanksiya gəlir. Amma xüsusi hallarda prezidentin müvəqqəti olaraq bu sanksiyaları dayandırmaq hüququ da var.
- Məsələ G20 sammitində qaldırılıb
Liderlərin Yaponiyada keçirilən “G20” sammitində prezidentlər Rəcəb Tayyip Ərdoğan və Donald Tramp “S-400” zenit raketlərinin və “F35” qırıcı təyyarələrin alışı məsələsini müzakirə ediblər. Sammitin yekunu ilə əlaqədar keçirilən mətbuat konfransında Donald Tramp “Türkiyə “S-400” raketləri alacağı təqdirdə sanksiyalara məruz qalacaqmı” sualını cavablandıranda deyib ki, Türkiyə ilə bağlı məsələ “çox maraqlı” vəziyyətdir.
Tramp bəyan edib ki, onun fikrinə görə, prezident Ərdoğana qarşı ədalətli davranılmayıb. Tramp deyib: “Bu, mürəkkəb məsələdir. Biz onun üzərində işləyirik. Baxaq görək, nə edə biləcəyik”. Trampın bu sözlərindən sonra belə şərhlər səslənməyə balayıb ki, problemi “CAATSA” böhranı olmadan da aşmaq mümkündür.
Daha sonra Türkiyə müdafiə naziri Hulusi Akar bəyan edib ki, “S-400” raketlərinin alışı ilə əlaqədar Vaşinqton və Ankara arasındakı gərginlik fonunda Türkiyə ABŞ-dan gələ biləcək mümkün sanksiyalara hazırlaşır.
- Türkiyə özünün müdafiə sferasındakı ehtiyacının 65 %-ni təmin edir
Kuimova qeyd edir ki, son 20 ildə Türkiyə silah sənayesi əhəmiyyətli dərəcədə inkişaf edib. O, bu barədə deyib: “Hazırda əsas silah növlərini hazırlamaq və istehsal etmək qabiliyyətinə yiyələnib. Bu sıraya ilk öncə tankları, müdafiə sistemlərini, hərbi elektronikanı aid etmək lazımdır. Türkiyə rəsmi nümayəndələrinin sözünə görə, onlar artıq öz müdafiə ehtiyaclarının 65 %-ni təmin etməyi bacarırlar. Son illər Türkiyə “İrəliyə baxış-2023” adı altındakı milli inkişaf proqramı çərçivəsində öz hərbi- texnoloji potensialını inkişaf etdirir. Türkiyə özünü daha yüksək səviyyədə təmin etməklə yanaşı, yerli silah istehsalının inkişafını qaldırmaq və dünyada öz sözünü demək hüququ qazanmaq baxımından bu sahədə ixracatçı olmaq arzusunu reallaşdırmağı hədəfləyib”.
Kuimova onu da xüsusilə qeyd edib ki,Türkiyə silah sənayesi həqiqətən də, heyranlıq yaradır və bu ölkə artıq dünya bazarının böyük seqmentində rəqibə çevrilib.
- Türkiyə müdafiə sənayesi nə edəcək?
“SIPRI” proqramının digər əməkdaşı Simon Vezeman bildirib ki, bu sanksiyalar Türkiyə silah sektoruna çox güclü təsir göstərəcək. S.Vezeman deyib: “Hətta əgər məhdud sanksiyalar tətbiq olunsa da (məsələn, yalnız F-35 üçün), hər halda gələcəkdə sanksiyaların tətbiqi təhlükəsi qalacaq”.
Vezeman bildirir ki, Türkiyə üçün ən kəskin variantlardan biri – onun digər tərəfə keşməsi olacaq. ABŞ-dan asılı olmayan Rusiya və Çin kimi tərəfdaşlara yaxınlaşmaq, onlarla müştərək silah hazırlamaq və bazarlarda işləmək Türkiyə üçün 180 dərəcəlik dönüşdür. Bu cür dönüşümün veriləcək hesabı çox böyük olacaq, oradan gələcək müsbət nəticələr isə dərhal üzə çıxmayacaq.
- Türkiyəni öz müttəfiqi kimi saxlmaq NATO-nun marağındadır
Vezeman deyir ki, NATO-ya daxil olan ölkələr içərisində Türkiyə silahlı qüvvələri bu alyansa ən böyük töhfə verən güclərdəndir. O, daha sonra bildirir: “Hərbi xərclər və strateji mövqe əvvəlki kimi ABŞ və NATO üçün vacib ola bilər. “S-400” üzündən yaranan fikir ayrılığı mövzusu nəinki təkcə ABŞ və Türkiyəyə aiddir, həm də NATO-ya da toxunur. Haradasa özünəməxsus şəkildə parçalanma ehtimalı mövcuddur. Xüsusən də, indiki vaxt Türkiyə kimi bir müttəfiqi yanında tutmaq NATO-nun marağındadır”.
(“Yeni Şafak”-Türkiyə – Qısa ixtisarla)
Tərcümə “AzPolitika”nındırшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar