Xəbər lenti
03/08/2026 [10:44]
Ceki Çan Bakıya gəldi
03/08/2026 [08:39]
Bu 5 yolda sıxlıq var
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

BTQ bu sənədi sərt şəkildə pislədi

Baxılıb: 926     Tarix: 03-08-2026 09:52   

Bakı Təşəbbüs Qrupu (BTQ) Korsika Assambleyasının qondarma “artsax respublikası” və Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb olunmuş Ermənistan vətəndaşları ilə bağlı qəbul etdiyi ilkin qanunvericilik təşəbbüsünü qətiyyətlə pisləyir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə BTQ-nin bəyanatında bildirilib.

Bəyanatda həmçinin deyilir:

"Bu, birtərəfli, təxribat xarakterli və siyasi motivlərlə hazırlanmış təşəbbüsdür. Suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə zidd olan bu təşəbbüs rəsmi Paris tərəfindən irəli sürülən geosiyasi narrativləri təkrarlayır.

Bu təşəbbüsü dəstəkləyən şəxslərin davranışı Korsika xalqının siyasi iradəsinin müstəqil ifadəsi kimi qiymətləndirilə bilməz. Onlar Fransanın xarici siyasət gündəmini ötürən vasitələr kimi çıxış etməyi seçərək, Korsikanın milli maraqlarını, dilini, mədəniyyətini və kimliyini müdafiə etməli olan nümayəndələrdən daha çox, Parisin siyasi alətlərinə – faktiki olaraq marionetlərinə çevriliblər.

Bu mövqenin ikiüzlülüyü xüsusilə diqqət çəkir. Minlərlə kilometr uzaqda öz müqəddəratını təyinetmə hüququndan yüksək səslə danışan eyni siyasi dairələr, Korsikanın özündə Korsika xalqının ən elementar dil və siyasi hüquqlarını təmin etmək istəmir.

Fransa Konstitusiyasının 2-ci maddəsinə əsasən, fransız dili respublikanın yeganə rəsmi dilidir. Fransa məhkəmə orqanları Korsika və fransız dillərinin həm Korsika Assambleyasında müzakirə dili, həm də Korsika İcra Hakimiyyətinin işçi dilləri kimi tanınmasını nəzərdə tutan müddəaları ləğv edib. 2025-ci ilin iyun ayında isə Fransa Dövlət Şurası Korsika hakimiyyət orqanlarının həmin qərarlardan verdiyi apellyasiya şikayətininin qəbul olunmasında imtina edib.

Bundan əlavə, Fransa 1999-cu ildə Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasını imzalasa da, bu günədək onu ratifikasiya etməyib. Avropa Şurası Korsika dilini Xartiyanın əhatə etdiyi tarixi regional dillərdən biri kimi açıq şəkildə tanıyır.

Cənubi Qafqazla bağlı təşəbbüslər qəbul etməzdən əvvəl həmin nümayəndələr bir neçə suala cavab verməlidirlər:

- Nə üçün onlar Korsika dilinə bərabər institusional status verməkdən imtina edən dövlətə tabe olaraq qalırlar?

- Nə üçün rəsmi Paris tərəfindən həyata keçirilən mərkəzləşdirici və məqsədyönlü assimilyasiya siyasətinə qarşı eyni qətiyyəti nümayiş etdirmirlər?

- Nə üçün xaricdə dekolonizasiya ritorikasından istifadə etdikləri halda, Korsikanın kimliyi, təhsili, dili və siyasi qərarverməsi üzərində Fransa hökmranlığının davam edən nəticələrini görməzlikdən gəlirlər?

BTQ Korsika xalqı ilə Fransa hökumətinin maraqlarına xidmət edən və Korsikanın milli maraqlarını müdafiə etmək əvəzinə Parisə siyasi itaəti seçən şəxslər arasında aydın fərq qoyur.

Korsika xalqı Korsika dilini qoruyan, Korsika mədəniyyətini yaşadan və xalqın öz siyasi gələcəyini müəyyən etmək hüququnu ardıcıl şəkildə müdafiə edən nümayəndələrə layiqdir, Fransa xarici siyasətinin alətlərinə çevrilmiş nümayəndələrə deyil.

BTQ Korsika Assambleyasını diqqətini, ilk növbədə, Korsika xalqının həll olunmamış hüquqlarına yönəltməyə çağırır.

Assambleya Fransadan aşağıdakıları tələb etməlidir:

- Korsika dilinin tam institusional tanınması;

- Onun təhsil, idarəetmə və ictimai həyatda maneəsiz istifadəsinə təminat verilməsi;

- Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasının ratifikasiya edilməsi;

- Korsika xalqının milli kimliyinin və mədəniyyətinin qorunması;

- Korsika xalqının siyasi iradəsinə və öz müqəddəratını təyinetmə hüququna həqiqi hörmət göstərilməsi.

BTQ Korsika Assambleyasını siyasi və institusional müstəqilliyini qorumağa və Fransa dövlətinin milli gündəmini irəli aparan bir alətə çevrilməsinə imkan verməməyə çağırır. Korsika xalqının nümayəndə orqanı olaraq Assambleya, Korsika xalqının dil, mədəniyyət və siyasi hüquqlarını müdafiə etməli, Korsikanın kimliyini və arzularını zəiflədən siyasətlərin legitimləşdirilməsi üçün istifadə olunmasına yol verməməlidir".


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar