Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Baxılıb: 765     Tarix: 07-08-2026 14:40   

Ermənistan hökuməti ölkənin Xarici İşlər Nazirliyi vasitəsilə Bakıda həbsdə saxlanılan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend ilə görüş təşkil etməyə hazır olduğunu açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə hökumət NEWS.am-ın yazılı sorğusuna cavabında məlumat yayıb.

Artıq Zonabend ilə əlaqə saxlanıldığı və görüşün təşkili üçün ona əlaqə məlumatlarının ötürüldüyü bildirilir.

Qeyd edək ki, iyulun 8-də Zonabend Ermənistan Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edərək, qadınlardan ibarət beynəlxalq humanitar nümayəndə heyətinin tərkibində Bakıya səfər etmək niyyətində olduğunu bildirib. Təşəbbüsün humanitar xarakter daşıdığı vurğulanıb. Məqsəd Bakıda həbsdə saxlanılan Ermənistan vətəndaşlarını ziyarət etmək, onlara ailələrindən məktublar, şəkillər və icazə verilmiş digər şəxsi əşyaları çatdırmaqdır. Zonabendin daha əvvəl təşkilati dəstək üçün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət etdiyi qeyd olunub.


Qanunvehedef.az





{sape_links}{sape_article}