Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bjezinskinin Ukrayna hədəfi: Rusiya nədən məhrum edilir?

Baxılıb: 849     Tarix: 28-11-2018 15:17   
 Çox məşhur deyim var. Əgər göydə ulduzlar parlayırsa, birinci növbədə fikirləşin ki, bu kimə lazımdır. Əlbəttə ki, Ukrayna və Rusiya arasında son illər baş verən gərginlik və Azov dənizində bir neçə gündə yaşanan hadisələr ilk növbədə həmin kəlamın aktuallığını üzə çıxarır.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq Sahil İsgəndərov deyib. O bildirib ki, baş verən gərginliklər müstəvisində hər iki tərəfin öz həqiqəti var:
“Rusiya öz addımlarını bununla əsaslandırır ki, artıq Krım onun tərkibinə daxildir. Buna görə də Azov dənizi Rusiyanın ərazi sularına aiddir. Kiyevin də həqiqəti bundan ibarətdir ki, BMT-nin sənədlərinə uyğun şəkildə Krım Ukrayna ərazisidir, həmin sularda Ukrayna gəmilərinin azad şəkildə hərəkət etməsi və bunun üçün Rusiyadan icazə istəməməsi beynəlxalq hüquq normalarına uyğundur. Bu müstəvidə hər iki tərəfin, obrazlı şəkildə desək, özünə görə əsasları, həqiqəti var.
Ukraynadakı müxalif qüvvələr və Rusiya tərəfindən belə bir versiya səsləndirilirdi ki, baş verən bu olay Poroşenkoya lazım idi. Birinci ittiham ondan ibarət idi ki, Poroşenko ölkədə hərbi vəziyyət elan etməklə seçkiləri təxirə salmaq istəyir və bununla öz postunu qorumaq niyyətindədir. Amma bu versiyanın özündə bir çatışmazlıq üzə çıxdı. Çünki Rada seçkilərin 2019-cu il martın 29-da keçiriləcəyi ilə bağlı qərar qəbul etdi. Digər tərəfdən, hərbi vəziyyət cəmi 1 aylıq elan edildi. Əgər ittihamlarda səsləndirildiyi kimi, hərbi vəziyyət 2 ay müddətinə elan edilsəydi də, bu, 26 yanvara qədər çəkəcəkdi. Fevral və mart aylarında seçkilərin keçirilməsi üçün kifayət qədər kampaniya aparmaq olardı. Həm də hərbi vəziyyət Ukraynanın bütün ərazisində elan edilmədi, yalnız Rusiya ilə həmsərhəd bölgələri əhatə etdi.
Poroşenko tərəfindən hazırda atılan addımların onun aşağı olan reytinqini qaldıra biləcəyini istisna etmirəm. Amma bu, hadisələrin Ukrayna tərəfindən qəsdən törədildiyini ehtimal etməyə əsas vermir”.
Politoloq qeyd edib ki, Ukraynada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, o, ərazilərin hansısa bir hissəsinin itirilməsi, yaxud da nəzarətdən çıxması ilə barışa bilməz:
“Çünki bununla barışmaq istənilən siyasətçi üçün siyasi kariyerasının sonu anlamına gələr. Baş verən hadisələrdən Poroşenko ölkənin ərazi bütövlüyü və suverenliyi müstəvisində bir addım geri çəkilməyən siyasətçi imicini möhkəmlətməklə məşğuldur. Sözsüz ki, bu müstəvidə onun qətiyyətli və birmənalı mövqe tutması prezident seçkilərində reytinqinə müsbət təsir edəcək”.
Politoloq bildirib ki, özünü doğrultmasa da, Poroşenkoya ittihamların hədəfi bəllidir, amma Rusiyanın insidentdə marağı tam aydın deyil:
“Rəsmi Kreml öz məntiqi ilə düzgün addım atdığını düşünür. Amma bu, beynəlxalq hüquqa görə deyil. Rusiyanın da burada məqsədyönlü şəkildə təxribat törətdiyini düşünmürəm.
Bu cür gərginlik nə Rusiya, nə də Ukrayna üçün əlverişlidir və yaxşı heç nə vəd etmir. Yəni baş verən hadisələrdən Rusiyanın, yaxud Ukraynanın nəsə qazandığı, hansısa dividentlər əldə etdiyi inandırıcı deyil. Bu dövlətlərin hər ikisi həm iqtisadi, siyasi, həm hərbi, həm də tarixi-mənəvi baxımdan nələrsə itirir. Məsələ burasındadır ki, Ukrayna və Rusiya bir-birinə düşmən olmaqla, heç nə qazanmayıb. İstənilən halda bu iki ölkənin tarixi kökləri birdir, slavyan xalqlarıdır. Burada əsas oyunçular, əsas qazananlar konkret olaraq, bu hadisələri yönəldənlərdir”.
Politoloq prosesə aydınlıq gətirmək üçün Zbiqnev Bjezinskinin “Böyük şahmat lövhəsi”ni xatırladıb:
“O əsərdə Ukrayna-Rusiya münasibətləri barədə açıq və birmənalı şəkildə yazılıb ki, Qərb mütləq Ukraynanı Rusiyadan qoparmalıdır. Çünki Rusiya Ukraynasız heç cür imperiya ola bilməz. Rusiya Ukraynayla birlikdə imperiyadır, Ukrayna olmadan isə artıq imperiya statusunu itirir. Ümumiyyətlə, bildiyimiz kimi, Bjezinski SSRİ-inin dağılması üçün 35 il fəaliyyət göstərmiş bir adamdır. Məsələ buradadır. Rusiya və Ukrayna arasında baş verən son hadisələrə də bu konteksdən baxmaq lazımdır. Udanlar kənardadır. Ola bilsin ki, Ukrayna və Rusiyanın siyasi rəhbərliyi bunu başa düşür. Amma sadəcə onlar özlərində siyasi iradə tapıb, bu məsələyə son qoya bilmir. Artıq görünür ki, oyun o qədər dərinə işləyib ki, bunu dayandırmaq mümkün deyil”.
Politoloq qeyd edib ki, Rusiya və Ukrayna arasında baş verən hadisələrin bununla sonlanacağını düşünmür:
“Çünki konkret olaraq Rusiya-Qərb qarşıdurması konteksində Qərb Rusiyanın bütün perimetri üzrə ona qonşu olan dövlətlərlə, postsovet ölkələri ilə arasında münasibətləri gərginləşdirməyə çalışır. Ona görə də Ukrayna və Rusiya arasındakı münasibətlərin qızışması labüddür. Bundan Rusiya qaça bilməyəcək. Sözsüz ki, bu gün Rusiyanın bunları yaşamasının əsas günahkarı Kremldir. Ümumiyyətlə, bu məsələlərin kökü Mixayıl Qorbaçovun cinayətkar siyasətinə gedib çıxır. Ona görə də Rusiya bundan sonrakı proseslərə hazır olmalıdır. Rusiya-Ukrayna münasibətlərində bu ilk açıq insidentdir. Rusiya ilə geosiyasi konteksdə mübarizə aparan Qərbin əsas məqsədlərindən biri slavyan ittifaqının dağıdılmasıdır. Bu ittifaqa Ukrayna, Belarus, Rusiya daxil idi. Ukrayna ilə Rusiyanın münasibətləri məlumdur. Rusiyanın Belarusla münasibətlərində də zaman-zaman çatlar yaranır. Bu çatlar Qərbin məqsədinin həyata keçirilməsinin hərəkətverici qüvvəsidir. Bu çatları kənardan qızışdıran, dəstəkləyən qüvvələr var. Siyasi dividentləri də məhz kənar aktorlar qazanacaq. Rusiya və Ukrayna isə bu məsələdə ancaq itirən tərəf olacaq”.  шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar