Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Şahmatçılarımızdan 1 qələbə, 2 bərabərlik... - Dünya kuboku

Baxılıb: 644     Tarix: 13-07-2021 11:09   

Rusiyanın Soçi şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) dünya kuboku yarışları start götürüb.
Qanunvehedef.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 2782 xalla turnirin 10 ən güclü şahmatçısı sırasındadır. Onunla yanaşı onluğa hazırkı dünya çempionu Maqnus Karlsen, Fabiano Karuana, Aleksandr Qrişyuk və başqaları daxildir.
Builki dünya kuboku koronavirus pandemiyası başlayandan bəri təşkil olunan ilk iri şahmat yarışmasıdır. Kişilər arasında keçirilən turnirdə 206 şahmatçı iştirak edir. Turnirin iki qalibi 2022-ci ildə dünya çempionu adı uğrunda mübarizə aparacaq. Turnirin ümumi mükafat fondu 892 min 500 dollardır. Qalib 110 min dollar, finalçı 80 min dollar, üçüncü və dördüncü yerlərin sahibləri 60 və 50 min dollar məbləğində mükafat əldə edəcəklər.
Xatırladaq ki, 2019-cu ildə kubokun qalibi həmyerlimiz Teymur Rəcəbov olmuşdu.
***
Kişilərin yarışında yüz iyirmi səkkizdəbir final mərhələsindən Vasif Durarbəyli mübarizəyə qoşulub. V.Durarbəylinin bu mərhələdə Finlandiyanı təmsil edən Dmitri Sklyarovla qarşılaşması heç-heçə ilə başa çatıb.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov və Nicat Abasov altmış dörddəbir final mərhələsindən mübarizəyə başlayacaqlar.
Qadınların yarışına gəlincə, altmış dörddəbir finalda Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez ilə heç-heçə edib, Gülnar Məmmədova estoniyalı Mai Narvaya qalib gəlib, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padminiyə uduzub.
Qadınların yarışında dördüncü təmsilçimiz, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə mübarizəyə otuz ikidəbir final mərhələsindən qoşulacaq.
Qeyd edək ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar