Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək

Baxılıb: 8615     Tarix: 01-08-2026 10:34   


“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib. 

Qanunvehedef.az xəbər verir ki, avqustun 6-da Bakı vaxtı ilə 21:00-da Polşanın Lublin şəhərində keçiriləcək matçı danimarkalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR sisteminə Yakb Kelet nəzarət edəcək.

Avqustun 13-də Bakıda təşkil olunacaq cavab matçı isə İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.

Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR-da Piter Benks olacaq.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.


Qanunvehedef.az





{sape_links}{sape_article}