Xəbər lenti
03/08/2026 [10:44]
Ceki Çan Bakıya gəldi
03/08/2026 [08:39]
Bu 5 yolda sıxlıq var
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

13 cüdoçumuz Avropa Kubokunda iştirak edəcək

Baxılıb: 871     Tarix: 03-08-2026 13:41   

Azərbaycanın 13 cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçiriləcək Avropa Kubokunda mübarizə aparacaq.

Qanunvehedef.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda ölkə təmsilçiləri 6 çəki dərəcəsində qüvvəsini sınayacaq.

8-9 avqust tarixlərində keçiriləcək turnirdə komandaya qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qızların yarışında Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva (hamısı 48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə ( hər ikisi 52 kq), Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova (hamısı 57 kq) və Nilgün Rzayeva (63 kq) tatamiyə çıxacaqlar.

Oğlanların turnirində isə Kənan Hüseynov (73 kq), Davud Namazlı, Canpolad Əliyev və Vidad Əliyev (hamısı 100 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, beynəlxalq turnirdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) iştirak edəcək.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar