Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan dünya çempionatında 14 idmançı ilə təmsil olunacaq

Baxılıb: 8218     Tarix: 05-08-2026 15:21   

Avqustun 20-dən 23-dək Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.

Qanunvehedef.az xəbər verir ki, Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.

Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) mübarizə aparacaq.

Qızlar

-40 kq

Sunay Salamova

Zəhra Quliyeva

-44 kq

Pərvin Sevxanlı

-48 kq

Könül Eyvazlı

Oğlanlar

-50 kq

Fərid Rzazadə

-55 kq

Fərid Xudiyev

İbrahim Talıbov

-66 kq

İlkin Qarayev

-73 kq

Yusuf Nəzər

Sadiq Məmmədov

-81 kq

Ayxan Həsənli

Yaqub Məmmədov

-90 kq

Ömər Axundov

Nurəddin Əliyev


Qanunvehedef.az





{sape_links}{sape_article}