Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxarılır

Baxılıb: 8115     Tarix: 06-08-2026 12:10   

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

Qanunvehedef.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək cavab oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edəcək.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkün olacaq. Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkün olacaq.

Qeyd edək ki, oyun 13 avqust saat 20:00-da başlayacaq.


Qanunvehedef.az





{sape_links}{sape_article}