Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirildi

Baxılıb: 815     Tarix: 07-08-2026 10:36   

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" və "Orhus" kollektivləri arasındakı cavab oyununun hakimləri dəyişdirilib.

Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, UEFA daha əvvəl qarşılaşmaya Joao Pineyronun rəhbərlik etdiyi Portuqaliya hakimlər briqadasını təyin etsə də, sonradan bu təyinatı dəyişib.

Bakıda keçiriləcək matçı Fransadan olan Villi Delajo idarə edəcək. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcək, dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.

Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}