Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda 1,8 milyonluq gəmi hərraca çıxarılır

Baxılıb: 736     Tarix: 28-11-2023 12:14   

Dekabrda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək 130 nəqliyyat vasitəsi çıxarılacaq.
Qanunvehedef.az quruma istinadən xəbər verir ki, hərraca çıxarılan əmlaklar arasında gəmi də var.
Belə ki, dekabrın 12-də təşkil olunacaq hərraca 11 avtomobil çıxarılacaq. İstehsal tarixi 1989-2014-cü illər, start qiyməti 2 000-14 000 manat arasında dəyişən avtomobillər Koreya, Rusiya və Almaniya istehsalıdır.
Dekabrın 19-da keçiriləcək hərraca 79 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1978-2016-cı illər arasında, start qiyməti 800-10 500 manat arasında dəyişir.
Dekabrın 21-də təşkil olunacaq hərraca isə 40 nəqliyyat vasitəsi çıxarılacaq. Hərracda iştirakçılara “Vixr” tipli gəmi də təklif olunacaq. İstehsal tarixi 1986-cı il olan gəminin start qiyməti 1 milyon 800 min manatdır. Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10 faizi (180 000  manat) məbləğində beh ödəmək tələb olunur.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar