Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Müasir klinik diaqnostika müayinələri sırasında rentgenoloji yoxlamaların yeri əvəzedilməzdir - Respublikanın Ali dərəcəli həkimi- Ədilə Ağayeva ilə müsahibə

Baxılıb: 1 324     Tarix: 30-04-2018 13:51   
 


Müasir klinik diaqnostika müayinələri sırasında rentgenoloji yoxlamaların yeri əvəzedilməzdir. Rentgen şüalarının kəşfindən sonra sadə bir müayinə kimi yaranan rentgenoloji müayinə bir əsrdən artıq inkişaf edərək hal – hazıra kimi öz aktuallığını itirməyib. Rentgenoloji müayinələr bir çox xəstəliklərin erkən diaqnostikasına şərait yaradıb. Bu isə bizim təbabətin profilaktik əsasını yaradır.

"Qanun və Hədəf az"saytının"Həkimim”rubrikasının budəfəki qonağı ""Bakı Klinikası"nın həkim- rentgenoloqu Ədilə Ağayeva ilə müsahibəmizdə rəqəmsal rentgenologiyanın

hazırkı inkişaf səviyyəsi, ayrı-ayrı xəstəliklərin müalicəsində bu sahənin əhəmiyyətli rolu, pasiyentləri daha çox maraqlandıran suallar ətrafında söhbət etmişik.Ədilə həkimlə müsahibəni sizə təqdim edirik.

Adi rentgen diaqnostikası ilə rəqəmli rentgenin diaqnostikasının fərqi nədir?

Bizim klinikada respublikada ilk dəfə olaraq yaponiyanın rəqəmsal rentgen aparatı tətbiq olunub.

Rəqəmli rentgenlə ənənəvi rentgenin əsas iş prinsipi eynidir. Yəni hər ikisində rentgen şüaları tibbi diaqnostika məqsədi ilə istifadə edilir.
Adi rentgen diaqnostikası ilə rəqəmli rentgenin diaqnostikasının fərqi ondan ibarətdir ki, rəqəmli rentgen aparaturasında adi rentgen şəkili yox, rentgen şüalarını tutan, rentgen şəklini elektron formaya salıb onu dərhal kompyuterə keçirən ötürücü quraşdırılıb. Bundan başqa rəqəmli rentgen aparatının digər yüksək səviyyəli göstəriciləri var. Elektron idarəetmə bizim aparatdakı müayinələri tezləşdirir, rahatlaşdırır keyfiyyətini artırır. Adi rentgen şəkilləri ilə rəqəmsal aparatla çəkilən şəkillərin fərqləri çox genişdir. Yəni şəkillərin keyfiyyətsiz çıxma ehtimalı çox aşağıdır. Bu isə diaqnostikanın yüksək səviyyədə olmasını təmin edir. Xəstə aldığı şüa dozası çox aşağıdır. Dəqiq diaqnostika isə dəqiq müalicənin qarantıdır.

Hansı rentgenoloji üsullar mövcuddur?

Aşağıdakı rentgenoloji üsullar tibbdə istifadə olunur: - Boş rentgen müayinəsi – buraya Rentgen aparatı ilə kontrast maddə istifadə olunmadan aparılan bütün müayinələr aiddir. Məsələn: sümüklərin, döş qəfəsinin, qarın boşluğunun rentgenoqrafiyası boş müayinələrə aiddir. - Rentgen Kontrast müayinə - bu üsulda rentgen şüalarını keçirməyən kontrast maddə istifadə olunur. Bü üsulla oxşar sıxlıqlı qonşu toxumaları rentgenoqramda daha yaxşı fərqləndirmək olur. Kontrast maddə daha çox mədə-bağırsaq traktının, sidik yollarının və damarların (Angioqrafiya) müayinəsində istifadə olunur. - Funksional müayinə - bu müayinə də həmçinin çox tez-tez kontrast maddənin istifadəsi ilə aparılır. Bu yolla həkim boşluqlu orqanlarn tamlığı və xüsusiyyətləri haqqında yaxşı məlumat ala bilər.

- Dəstəkli müayinə - bu rentgenodiaqnostik üsulu daha çox yuxarı topuq zədələnmələrində istifadə olunur. Bu zaman 2 rentgenoqram çəkilir. İlk şəkil oynağın sakitlik vəziyyətində çəkilir. Ikinci şəkil isə bükülmüş vəziyyətdə çəkilir. Bitişmələrin zədələnməsini şəkilləri müqayisə etdikdə aşkar etmək mümkündür. - Rentgenoskopiya - normal müayinənin əksinə olaraq burada ayrıca, statik şəkil çəkilmir, dinamik rentgenoqram seriyası çəkilir. Bu üsul daha çox ürək koronar damarlarının təsvirini almaq üçün (Koronarangioqrafiya) ürək zondunu yeritmək və sümük ştiflərini vurmaq üçün istifadə olunur. Bu üsulda şüalanma müvafiq olaraq yüsəkdir və həkim şüalanma vaxtını mümkün qədər məhdudlaşdırmağa çalışır.

Ağ ciyərlərin rentgenoskopik müayinəsi mümkündürmü?

Ağciyərlərin rentqenoskopik müayinəsinin üstünlüyü bronxlar, ağciyərlər, ürək, aralıq orqanlarının, plevra, diafraqmanın müxtəlif proyeksiyada xəstə və həkim üçün şualanmanın minimal dozada plması ilə polipozision ətraflı müayinə imkanındadır.

Həzm yolunun kontrast rentgenoskopiyası haqda nə deyə bilərsiz?

Kontrast rentqenoskopiyanın köməyi ilə mədə-bağırsaq traktı xəstəliklərinin diaqnostikası üsuludur. O, mədə-bağırsaq traktının funksiyasını müayinə etmək, diafraqmal yırtıqların mövcudluğu, reflyukslar, qida borusunun xəstəliklərini, mədə-bağırsaq traktında yad cisimlərin mövcudluğunu diaqnostika etmək imkanını verir. Bu metodika uşaq praktikasında böyük üstünlüyə malikdir.
İrriqoskopiya haqda oxucularımızı zəhmət olmasa məlumatlandırın?
Bağırsağın müxtəlif xəstəliklərinin diaqnostikasında istifadə olunan, bağırsaq keçməzliyinin (invaqinasiya) aradan qaldırılması zərurətində bağırsağın əvəzolunmaz müayinəsi irriqoskopiya olaraq qalır).

Rentgenoqrafiya. Başqa stasionarda, palatalarımızda, əməliyyat otaqlarında və ya evdə çıxardığımız rentgen şəkillər tərəfımizdən rəqəmsal şəklə salınır, bu da yüksək keyfıyyətli təsvir əldə etmək, xəstə üçün minimal şüalanma və ekspozisiya ilə onu məsafədən işləmək imkanı verir.
. Kontrast rentgenoqrafiya. Kontrast rentgenoqrafıyada daxili orqanların boşluqlarının və parenximasının kontrastlaması ilə aparılan müayinələr birləşdirilir:
Haymoroqrafiya. Yuxarı çənə sinislarına xaric edilmiş diş yuvasından (sinus ilə əlaqə yolu olduqda) onun divarını deşməklə və ya fistul yolundan qızdırılmış kontrast maddənin yeridilməsi ilə onların rentqenoloji müayinəsidir. Sistlərin, əlavə cib poliplərinin, haymoritin produktiv formalarının, şiş xəstəliklərinin diaqnostikasında bu metodika göstərişdir.

Sialoqrafiya. İri tüpürcək vəzlərinin - qulaqyanı, altçənə altı və dilaltı - axar sistemi və parenximasının rentqenoloji müayinə metodudur. Müayinəyə vəzin kontrast maddələrdən istifadə etməməklə icmal rentqenoqrafiyasından (düz və çəp proyeksiyada) başlanılır. Sonra isə tüpürcək vəzinin axarına yeridilmiş xüsusi kanyulya və ya kateter vasitəsilə rentqenkontrast
maddə yeridilir və müxtəlif proyeksiyalarda şəkillər çəkilir. Prosedur ambulator şəraitdə icra olunur. Pasiyentin hər hansı xüsusi hazırlığına ehtiyac duyulmur.

Histerosalpinqoqrafiya (HSQ) Menstrual dövrün həm birinci, həm də ikinci fazalarında uşaqlıq boşluğunun vəziyyətini və uşaqlıq borularının keçiriciliyini dəqiqləşdirməyə imkan verən müayinədir. Histerosalpinqoqrafiyanın təyin edilməsinə əsas göstəriş sonsuzluqdur. Müdaxilə aparılan zaman ağrısızlaşdırma tələb olunmur. Qeyd etmək lazımdır ki, HSQ zamanı şua yükü minimaldır.
Ekskretor uroqrafiya Böyrəklərin orqanizmə yeridilmiş rentqenokontrast maddələrin çıxarmaq xüsusiyyəti nəticəsində rentqenoqramlarda böyrək və sidik yollarının dəqiq təsvirinin alınmasına əsaslanan sidik yollarının rentqenoloji müayinə metodudur. Böyrəklərin, ləyənciklərin, sidik axarlarının, sidik kisəsinin və uretranın anatomik və funksional vəziyyəti təyin etmək zəruriyyəti ekskretor uroqrafiyaya göstərişdir. Bir saat ərzində çəkilmiş rentqenoqramlar silsiləsi kontrast maddənin böyrəklərdən süzülməsi və onun sidik yolları ilə irəliləməsi barədə praktiki olaraq tam təsəvvür qurmaq imkanı verir

Mamoqrafiya nədir və necə icra olunur?

Mamoqrafiya süd vəzinin rentgen müayinəsidir. O xüsusi rentgen aparatında müəyyən olunur və başqa heç bir orqan həmin aparatda çəkilmir. Mamoqrafiya iki kompresiyon lövhənin arasında süd vəzinin sıxılması ilə olunur və iki proyeksiyada çəkilir. Düz proyeksiya və çəp proyeksiyasında . Qadınlar çox zaman mamoqrafiya çəkilməsindən qorxur və onları iki hal narahat edir. Birinci mamoqrafiya aparatının şüası, ikinci süd vəzilərinin ağrılı olması. Onu demək istərdim ki, köhnə aparatlarda mexaniki olaraq iki lövhənin arasında həkim tərəfindən süd vəziləri sıxılırdı. Belə bir vəziyyətdə süd vəzilərinin ağrısı tez – tez rast gəlinirdi. Hal – hazırda rəqəmsal aparatı mövcuddur ki, süd vəzilərinin kompyuter tərəfindən sıxılması aparılır və 90% ağrısız keçir. Rəqəmsal aparatların şüası o qədər yoxdur İldə bir dəfə mamoqrafiya etdikdə qadın faktiki olaraq şüalanmır.

Qeyd etmək istəyirəm ki, 35 yaşdan yuxarı bütün qadınlar, xüsusilə də ailəsində xərçəng anamnezi olanlar, xoşxassəli şişlərə meylliyi olub və ya onlardan əziyyət çəkənlər, zərərli vərdişləri və stressaltında olan bütün qadınlar ildə bir dəfə mütləq mamoqrafiya müayinəsindən keçməlidirlər.
Biz də bir mətbuat işçisi olaraq, ölkədə fəaliyyət göstərən endikrinoloqlara, ginekoloqlara müraciət edərək , mamoqrafiya sahəsində kifayət qədər nailiyyətlər əldə etmiş Respublikanın Ali dərəcəli həkimi Ədilə Ağayevanın təcrübəsindən istifadə etmələrini məsləhət görürük.

 

Ədilə Ağayeva
Həkimlə əlaqə (+994) 50 333-08-35

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar