Hadrutun inkişafı ilə bağlı perspektiv planlar
Baxılıb: 433 Tarix: 13-10-2021 12:20
Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlara səfərləri xalqımızı daha da qürurlandırır. Hər bir səfərində həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olması, təməlqoyma və açılış mərasimlərində iştirak etməsi ölkə başçımızın Qarabağın inkişafına nə dərəcədə önəm verdiyini, siyasi iradəsinin gücünü sübut edir.
Oktyabrın 9-da cənab Prezident İlham Əliyevin növbəti səfəri Xocavənd rayonunun Hadrut qəsəbəsinə olmuşdur.
Hadrut qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 9 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilib.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Hadrut qəsəbəsində də bərpa və yenidənqurma işləri aparılır. Qəsəbənin baş planının ilk layihəsinin hazır olduğunu deyən cənab Prezident yaxın 1 ay ərazində planın təsdiq olunacağını bildirmişdir. Bildiyimiz kimi əsas infrastruktur layihələrindən biri yolların çəkilməsidir. Hadruta 4 zolaqlı Hadrut-Cəbrayıl-Şükürbəyli, Hadrut-Füzuli, Tuğ-Hadrut avtomobil yolları çəkiləcək. Qeyd etmək lazımdır ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.Cənab Prezident səfər zamanı bu yollarda aparılan tikinti işlərinin gedişi ilə də tanış olub.
Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır.
Dövlət başçımız buraya son səfəri zamanı 250 nəfərin ibadəti üçün nəzərdə tutulmuş məscidin təməlini qoymuşdur.
Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı "İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanının icrası məqsədilə bütün inzibati ərazilərdə dağıdılan paylayıcı elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması istiqamətində işlərə başlanılıb. Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı "Şükürbəyli" yarımstansiyasından "Hadrut" yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan ikidövrəli hava xətti çəkilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da yeni "Hadrut" qovşaq yarımstansiyasının təməlini də qoyub. "Hadrut" yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.
Mirtural Mirsultanov – YAP Gənclər birliyinin üzvü
Qanunvehedef.az

Ən çox oxunanlar
Son xəbərlər