Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qazaxıstan Prezidenti azərbaycanlını təltif etdi

Baxılıb: 457     Tarix: 29-03-2022 13:37   

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidov Qazaxıstanın ikinci dərəcəli “Dostık” (Dostluq) ordeni ilə təltif edilib. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, ordeni Füzuli Məcidova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanına uyğun olaraq, ölkənin xarici işlər nazirinin birinci müavini Şahrat Nurışev təqdim edib.  
Bildirilir ki, “Dostluq” ordeni ölkənin sosial-iqtisadi və mədəni inkişafına verdiyi töhfəyə, fəal ictimai fəaliyyətinə, eləcə də xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə verilir.
Qeyd edək ki, Türk akademiyası 2010-cu ildə mayın 25-i Qazaxıstanın təşəbbüsü əsasında təsis edilib. Akademiyaya üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Macarıstan isə müşahidəçi statusuna malikdir. Təşkilatın Baş qərargahı Nur-Sultan şəhərində yerləşir.



{sape_links}{sape_article}