Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Süleyman Kərimovun 325 milyonluq yaxtasına həbs qoyuldu

Baxılıb: 264     Tarix: 14-04-2022 10:04   

Fici Respublikası rusiyalı milyarder Süleyman Kərimova məxsus yaxtaya həbs qoyub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarına istinadən “FBC” telekanalı yayıb.
Polisdən bildirilib ki, 325 milyon dollar dəyərində olan “Amadea” adlı yaxta aprelin 13-ü Fici hökumətinin müvafiq icazəsi olmadan Ficinin iqtisadi zonasına daxil olub. Bunun ardınca gəmi saxlanılıb və onun sahibinin kim olmasına dair araşdırmalara başlanılıb.
“İlkin məlumata görə, yaxta Süleyman Kərimova məxsusdur”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) cari ilin mart ayının ortalarında Süleyman Kərimova sanksiya tətbiq edib. Sözügedən sanksiya çərçivəsində iş adamına Aİ-yə daxil olmaq qadağan edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar