Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiya Finlandiya və İsveçə SƏRT XƏBƏRDARLIQ etdi: NATO-ya üzv olsalar...

Baxılıb: 250     Tarix: 15-04-2022 15:05   

Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olma ehtimalı ilə bağlı xəbərlərə sərt münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya və İsveçin NATO-ya üzv olacağı təqdirdə, bu ölkələrlə olan sərhədlərdəki qoşunlarının sayının iki dəfə artırılacağını bildirib.
Medvedev bu ölkələrin NATO-ya daxil olma ehtimalının tez-tez müzakirə edildiyini qeyd edib:
"İsveç və Finlandiya NATO-ya qoşulmaq imkanlarını müzakirə edir. ABŞ hər imkanda Şimali Avropa ölkələrinə "Welcome!" deyir. Sadəcə qapımızı döyün, sizi dərhal evə dəvət edək. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq. İsveç və Finlandiya NATO-ya daxil olsa, Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu 2 dəfə artacaq. Təbii ki, bu sərhədləri möhkəmləndirmək lazım gələcək. Quru qoşunları və HHM ciddi şəkildə gücləndirilməli, Fin körfəzi hövzəsində xeyli hərbi-dəniz qüvvələri yerləşdirilməlidir. Bu halda, Baltik dənizinin nüvəsiz statusundan söhbət belə gedə bilməz. Balans bərpa edilməlidir. İndiyədək Rusiya belə addımlar atmırdı və atmağa da hazırlaşmırdı".
Qeyd edək ki, dünya mətbuatında Finlandiyanın iyun ayında NATO-ya üzv olmaq üçün müraciət edəcəyi, İsveçin də bu məsələyə isti baxdığına dair məlumatlar yayılır. Hər iki ölkənin müraciətindən sonra alyansa qəbul ediləcəkləri istisna edilmir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar