Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ümummilli lider Heydər Əliyev təhsilimizin böyük qayğıkeşi idi

Baxılıb: 674     Tarix: 10-05-2022 16:57   

Bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda da, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.Müşahidələr göstərir ki, həqiqətən də belə bir prinsipin seçilməsi Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil etmişdir. Son dövrlər həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə, Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır.
Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir.
Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək kifayətdir.
Bir məsələni də qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır.
Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.
İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır. Eyni zamanda, harada ki baza rolunu oynayan keyfiyyətli orta təhsil yoxdursa, orada geniş əhatəli fundamental tədqiqatlar aparılması qeyri-mümkündür. Ümumiyyətlə, dövlətin iqtisadi qüdrətini, onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi, əhatəliliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir.
Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə texniki peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanmış və uğurla həyata keçirilmişdir. Peşə təhsilinin inkişafının yüksəliş dövrü Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. Həmin illərdə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1.7, təhsilalanların sayı isə 2.5 dəfə artmışdı. Heydər Əliyevin təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirilmiş, həmin illərdə 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başlamışdı. 1970-82-ci illərdə respublikada texniki peşə məktəblərinin sayı 76-dan 184-ə, оnlarda təhsil alan şagirdlərin sayı 40,9 mindən 109 minə çatmışdı. 1978-1987-ci illərdə Azərbaycanda 5276 yerlik texniki peşə təhsili kompleksləri, 2400 yerlik tədris binaları, 2800 yerlik təcrübə korpusları, ümumi sahəsi 15559 kv.m. olan yataqxana binaları tikilib istifadəyə verilmiş, 194 tədris istehsalat emalatxanası, 786 tədris kabineti və laboratoriyası yaradılmışdı.
Ümumi təhlil göstərir ki, ulu öndər Heydər Əliyevin 1982-1987-ci illərdə keçmiş SSRİ kimi böyük dövlətin təhsil siyasətinə, təhsil islahatlarına rəhbərlik etməsi bütün Sovetlər birliyində, o cümlədən Azərbaycanda ümumilikdə təhsilin inkişafına, keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdı. 1984-cü ildə keçmiş SSRİ-də ümumi təhsil və peşə təhsili üzrə islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənib hazırlanması, internat tipli müəssisələrin işinin təkmilləşdirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin illərdə ümumi təhsilə 6 yaşdan başlanılması, onun müddətinin 11 illik ol ması təklifləri də Heydər Əliyev tərəfindən irəli
 sürülmüşdü.
Heydər Əliyevin zəngin irsinin layiqli davamçısı prezident İlham Əliyev öz növbəsində təhsilə xüsusi incəliklə yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə peşə təhsili pilləsinin inkişafı əsas prioritetə çevrilib və insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Ölkə başçısının fərman və sərəncamları ilə 2016-cı ildə Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təsdiq edilməsi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, 2018-ci ildə “Peşə təhsili haqqında” Qanunun təsis edilməsi, elə həmin ildə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması dövlətin peşə təhsili və təliminə diqqət və qayğısının bariz nümunəsidir.
Peşə təhsili müəssisələrinə (PTM) qəbul prosesinində obyektivlik və şəffaflığın təmin edilməsi məqsədi ilə 2016/2017-ci tədris ilindən Təhsil Nazirliyi və “ASAN Xidmət”in birgə təşkilatçılığı ilə “ASAN PEŞƏ” layihəsinə start verildi. Bununla da peşə təhsili pilləsi üzrə qəbul prosesində yeni mərhələ başladı. Qəbulun PTM-lərdə həyata keçirilməsinə son qoyuldu. 2020/2021-ci tədris ilindən başlayaraq vətəndaşlara Elektron Portal üzərindən sərbəst, ödənişsiz qeydiyyatdan keçərək, PTM-lərə qəbul olmaq şansı verildi.
PTDA yaranması ilə İşəgötürən Təşkilatlarla Əməkdaşlıq istiqamətində geniş imkanlar yarandı. Təhsil Proqramları ( Kurikulum ) PTM-lərdəki kadrlarla işəgötürən təşkilatların mütəxəssislərinin birgə rəyi ilə yazılmağa başladı. Bununla da səriştəli, rəqabətqabiliyyətli kadr seçimi ilə əlaqədar sənaye müəssisələrinin PTM-lərə sifarişləri geniş vüsət aldı. PTM-lər və sənaye müəssisələri arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memorandumlar, Protokollar və Müqavilələrin sayı gözəçarpacaq dərəcədə artmağa başladı.
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə tabe olan PTM-lər beynəlxalq əməkdaşlıqlar mərhələsinə başladı. Ölkə PTM-ləri kadr hazırlığı ilə əlaqədar Türkiyə, İngiltərə, Almaniya, Cənubi Koreya, Sinqapur və s. ölkə PTM-ləri ilə əməkdaşlıq protokolları imzalayır və onların təcrübələrindən yararlanır. Ölkə PTM-lərinin Beynəlxalq Müsabiqələrində iştirakı təmin olunur.
Ölkə başçısı peşə təhsili pilləsinə xüsusi həssaslıqla yanaşır və bu barədə çıxışında deyir: “Mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır”.
Yeni layihə – Peşə Təmayüllü Siniflər təsis edilib. Ümumtəhsil məktəblərində – 2019-2020-ci tədris ilində 14 şəhər və rayonda ümumilikdə 20 məktəbdə 420 şagirdlə Peşə Təmayüllü Siniflər fəaliyyətə başlayıb.
Beynəlxalq standartlara cavab verən PTM-lər tikilib, təmirə ehtiyacı olan binaların əksəriyyəti əsaslı təmir olunub. Koreya təhsil standartları əsasında təsis edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2020-2021-ci tədris ilindən etibarən yüksək texniki peşə – subbakalavr səviyyəsinin tədrisinə başlanılıb və 2021/2022-ci tədris ilindən bu səviyyə digər PTM-lərdə tədris edilir.
Təsadüfi deyildir ki, əlamətdar bir gündə - Ümummilli lider Heydər Əliyevin anadan olmnasının 99-cu ildönümünün qeyd olunduğu 10 may təqvimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər çərçivəsində şəhərdə inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Dövlətimizin başçısı Füzuli şəhər Peşə Liseyinin təməlini qoydu.
İnanırıq ki, Azərbaycan Respublikası Prezidentinin PTT-nə diqqətinin nəticəsi olaraq bu pillə üzrə təhsil alan TƏLƏBƏ ixtisasına dərindən yiyələnmiş səriştəli, fəal, rəqabətqabiliyyətli PEŞƏKAR KADR kimi yetişərək ailəsinə, ölkəsinə, dünyaya töhvə verəcək!

Şahin Şirinzadə, Şəki Dövlət Peşə Təhsi Mərkəzinin direktoruшаблоны для dle 11.2



Son xəbərlər