Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər

Baxılıb: 669     Tarix: 14-09-2023 13:57   

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin büdcə vəsaitlərini şəxsi uçuşlara xərcləməsi ilə bağlı cinayət faktı təsdiqlənib.
Bunu Gürcüstanın "Gürcü arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
"Hər kəs razıdır ki, ölkənin birinci şəxsinin çarterlərlə uçması cinayətdir. Yeni böyük cinayət faktı faktiki olaraq təsdiqlənib. Hesab edirəm ki, bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır", - deyə M.Mdinaradze bildirib.
Kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, Gürcüstan Müdafiə Nazirliyi ilə Gürcüstan Hava Yolları ("Georgian Airways") arasında 24 milyon lari (15,5 milyon manatdan çox) dəyərində çərçivə sazişi bağlanıb, bunun 14 milyon larisi (9 milyon manatdan çox) təkcə Saakaşvilinin şəxsi səfərlərinə xərclənib./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2