Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan
Baxılıb: 983 Tarix: 26-11-2026 13:59

Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün çıxarılıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün hökumət binası qarşısında jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycana səfəri ilə bağlı danışan Simonyan səfərin dekabrın əvvəlində baş tutacağını deyib. O, səfərin Bakıya olmayacağını vurğulayıb.
“Ehtimal edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, lakin Bakı olmayacaq”, – Simonyan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gələcəyini bildirib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















