Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanla qardaşlığı daha da irəli aparmaq üçün...

Baxılıb: 823     Tarix: 26-05-2024 11:20   

Azərbaycanın xüsusilə son dövrlərdə əldə etdiyi tarixi uğurları təqdirlə izləyir və bu uğurların davamlı olmasını arzulayırıq.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan və Türkiyə arasında xüsusilə son illərdə inkişaf edən yaxşı münasibətlər türk dövlətlərinə nümunə olacaq. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da irəli getməsi üçün bütün gücümüzlə çalışacağıq. İqtisadi, siyasi, hərbi və bütün sahələrdə əlaqələrin qorunub-saxlanacağı, artacağı, möhkəmlənəcəyi bir dövrdəyik. Bu səbəbdən biz təhsil, elm, mədəniyyət, idman və bütün sahələrdə güclü əlaqələr saxlamalı və birgə səylərimizi daha da irəli aparmalıyıq. Allah dostluğumuzu, qardaşlığımızı, birliyimizi əbədi etsin. Bu birliyi və qardaşlığı birlikdə daha güclü şəkildə irəliyə aparmaq və övladlarımız üçün çox daha güclü Türkiyə və Azərbaycan hazırlamaq bizim borcumuzdur”, - Qurtulmuş bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar