Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Nəsimi Musayevin heç kimə zərər vermək niyyəti olmayıb - Erməni KİV

Baxılıb: 995     Tarix: 13-10-2026 11:58   

Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev dindirmə zamanı heç kimə zərər vermək niyyətinin olmadığını bildirib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın yerli “Joxovurd” qəzeti yazıb.

“Musayev dindirmə zamanı deyib ki, erməni ailənin evinə daxil olarkən kiməsə zərər vermək niyyətində olmayıb. Qeyd edib ki, ev sahibindən onu buraxmasını bir neçə dəfə xahiş edib, lakin qadın onun silahından yapışdığından atəş açmağa məcbur olub. Bundan əlavə, Musayev yazılı şəkildə bildirib ki, ardınca qadın və onun ailə üzvləri hücum edib, bıçaqla zərbələr vurub və döyüblər”, - qəzetin məlumatında qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-sı xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar