Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kamala Harris bir gecədə 55 milyon topladı

Baxılıb: 455     Tarix: 22-07-2024 10:09   

ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçki qərargahı 55 milyon dollardan çox ianə toplayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Politico” qəzeti yayıb.
Bildirilir ki, ABŞ-nin hazırkı Prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini elan etdikdən sonra ilk 5 saat ərzində Harrisin seçkiqabağı kampaniyası üçün 27,5 milyon dollar ianə toplanmışdı.
Xatırladaq ki, C.Bayden iyulun 21-i seçki yarışından geri çəkildiyini elan etdikdən sonra prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib. K.Harris isə öz növbəsində hazırda ABŞ prezidentliyinə əsas namizəd Donald Trampı məğlub etmək üçün əlindən gələni edəcəyini bildirib.
Onu da qeyd edək ki, “Politico”nun daha əvvəl yaydığı məlumata görə, iyun ayının sonunda Baydenin seçkiqabağı kampaniyası üçün təqribən 95 milyon dollar ianə toplanıb. Baydenin geri çəkilməsindən sonra bu məbləğ Harrisin kampaniyası üçün yönləndiriləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar