Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kamala Harris namizəd olmaq üçün kifayət qədər səs toplayıb - KİV

Baxılıb: 555     Tarix: 23-07-2024 11:30   

ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində rəsmi olaraq namizəd olmaq üçün Demokratlar partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb.
Agentliyin hesablamasına görə, 2538 nümayəndə Harrisə öz dəstəyini verib. Demokratlar partiyasının qaydalarına əsasən, namizədliyin təsdiq olunması üçün minimum 1976 səs toplamaq tələb olunur.
Bununla belə, qeyd olunub ki, bu rəqəmlər rəsmi və yekun nəticə deyil. Belə ki, yekun nəticələr partiyanın avqustun 19-dan 22-nə qədər Çikaqoda keçiriləcək qurultayında məlum olacaq.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar