Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze: İvanişviliyə qarşı sui-qəsd cəhdi barədə açıqlama

Baxılıb: 658     Tarix: 24-07-2024 13:40   

“Hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə qarşı sui-qəsd cəhdi Slovakiyada Robert Fitso və ABŞ-də Donald Trampa sui-qəsd etməyə çalışan eyni qüvvələrin imzasıdır”.
Qanunvehedef.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə çıxışı zamanı deyib.
“Son zamanlar iki terror aktı baş verib – biri Slovakiyada, digəri isə ABŞ-də. Bu, qlobal siyasi qüvvələri xarakterizə edən eyni imzadır”, - deyə Kobaxidze İvanişviliyə qarşı sui-qəsdin araşdırılması barədə danışarkən deyib.
Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İvanişviliyə qarşı sui-qəsd cəhdini araşdırdığını bildirib. Xidmətin məlumatına görə, sui-qəsd cəhdini Ukraynada yaşayan keçmiş gürcü məmurlar təşkil edib və maliyyələşdirib.
Onu da xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı silahlı hücum cari ilin mayın 15-də, ABŞ-nin sabiq Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi isə iyulun 13-də baş verib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar