Türkiyə Prezidenti Ərdoğandan məmurlara - Çağırış
Baxılıb: 855 Tarix: 15-08-2024 10:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 14-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə iştirak edib.
Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı məmurlara çağırış edib.
“Qarşıdakı aylarda başlayacağımız Böyük Konqres prosesimizi sadəcə “vitrin yenilənməsi” kimi deyil, millətimizin bizdən gözlədiyi hərtərəfli dəyişikliyin əsas təməli kimi görürük. Burada iki şeyi vurğulamalıyam. Əgər kimsə özünü yorğun və ya halsız hiss edirsə, ondan kənara çəkilməsini xahiş edirik. Belə məmurların istirahət etməsi yaxşıdır”, - Türkiyə lideri deyib.
O bildirib ki, Türkiyə heç vaxt dayanmayıb, mövcud olanla kifayətlənməyib. Ərdoğan Türkiyənin regionun parlayan ulduzu olduğunu deyib:
“Bəli, bizim lüğətimizdə dayanmaq yoxdur. Bizdə heç vaxt “bəsdir” və “kifayətdir” sözləri olmayıb. Türkiyəyə ilkləri yaşatdıq, Türkiyəni rekorddan rekorda apardıq. Biz birlikdə ölkəmizi öz regionunun parlayan ulduzuna çevirdik”.
Türkiyə lideri “Ölkəmiz özünə qarşı qurulan bütün oyunları pozub” deyərək sözlərinə belə davam edib:
“Terrordan çevriliş cəhdlərinə qədər fərqli təhdidlərlə üzləşmişik. Hər seçki dönəmində seçki qutusunun nüfuzuna kölgə salmaq, kütlələri bir-birinə qarşı qoymaq üçün saysız-hesabsız üsullara əl atırdılar. Türkiyə nə zaman özünü iqtisadi cəhətdən toparlamağa çalışsa, bir bəhanə ilə bizi yolumuzdan yayındırmağa çalışırdılar. Amma bunların heç birinin qarşısından geri çəkilməmişik. Mübarizə aparmışıq”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər