Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Donald Trampın təklifinə bu foto ilə cavab verdi

Baxılıb: 828     Tarix: 20-08-2024 11:19   

ABŞ prezidentliyinə namizəd Donald Tramp amerikalı milyarder İlon Maska qalib gələcəyi təqdirdə öz komandasında işləməyi təklif edib. 
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, o, prezident seçkilərində qalib gələcəyi halda milyarderə administrasiyada müşavir vəzifəsini təklif edib.
İ.Mask isə “X” sosial şəbəkəsində paylaşım edərək Trampın bu təklifinə cavab verib. O özünün fotoşopla hazırlanmış fotosunu paylaşaraq “Xidmət etməyə hazıram” yazıb. Sözügedən fotoda Maskın dayandığı tribunada ABŞ-də mövcud olmayan “Hökumət Səmərəliliyi Departamenti”nin (Department of Government Efficiency) adı qeyd olunub.
Bir çox sosial şəbəkə istifadəçisi Maskın bu addımının ironiya və reklam olduğunu iddia edib. Belə ki, tribunada qeyd olunan departamentin adının abreviaturası DOGE formasındadır ki, bu da milyarder tərəfindən təşviq edilən kriptovalyutanın adıdır.


Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar