Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mirziyoyev qızına yeni səlahiyyət verdi

Baxılıb: 909     Tarix: 21-08-2024 11:45   

Özbəkistan prezidentinin qızı Səidə Mirziyoyeva yeni səlahiyyət verilib.
Qanunvehedef.az Özbəkistan mediasına istinadən xəbər verir ki, o və dövlət başçısının müşaviri Tursinxan Xudayberqenov ölkə prezidentinin Qaraqalpaqıstanın inkişafı üzrə göstərişlərinin icrasından məsul şəxslər təyin ediliblər.
Bu barədə qərar isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Qaraqalpaqıstanda keçirilən iclasda açıqlanıb.
Bildirilir ki, region sakinləri üçün zəruri şəraitin yaradılması istiqamətində respublika büdcəsindən əlavə olaraq 8 milyon dollara yaxın vəsait ayrılacaq.
Gələn il isə regionun infrastrukturunun yenilənməsi və sosial inkişaf üçün 79 milyon dollardan çox vəsaitin ayrılması planlaşdırılır.
Sözügedən tədbirlər çərçivəsində 24 məktəb, 5 uşaq bağçası və 7 tibb müəssisəsinin inşası və təmiri nəzərdə tutulub.
S.Mirziyoyeva və T.Xudayberqenov bu və digər tapşırıqların icrasına nəzarət edəcəklər.
Qeyd edək ki, 39 yaşlı Səidə Mirziyoyeva 2023-cü ilin avqustunda ölkə prezidentinin birinci köməkçisi təyin edilib. Bu, prezident administrasiyasında dövlət başçısından sonra ən yüksək postdur.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar