Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Tatyana Stanova: Kursk əməliyyatı Putinin vədlərinə zərbə vurdu

Baxılıb: 1 009     Tarix: 22-08-2024 13:22   

Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyat Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibənin Ukrayna ərazisi ilə məhdudlaşacağı və sadə rusların həyatına minimal təsir göstərəcəyi ilə bağlı vədlərinə zərbə vurdu.
Qanunvehedef.az xəbər verir ki, bunu Karnegi Rus-Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanova “Voll Strit Jurnal”a açıqlamasında deyib.
“Moskvada Kursk vilayətindəki vəziyyətlə bağlı xüsusi çaxnaşma yoxdur, Putin hesab edir ki, Ukraynanın bu bölgəyə hücumu onun bütün Donetsk vilayətinin ələ keçirilməsinə qədər uzanan geniş strateji hesablamalarına az təsir edir. Amma Putin hərbi həll yolu tapmasa, Kurskdakı əməliyyat aylarla, illərlə davam edə bilər”, - Stanova bildirib.
Onun sözlərinə görə, ruslar Kursk vilayətində hücuma cəlb olunmaq istəmirlər:
“Çünki Baxmut və Avdeyevka şəhərlərinin ələ keçirilməsi zamanı istifadə etdikləri “yandırılmış torpaq” strategiyasından istifadə edə bilərlər. Mülki əhalinin hələ də qaldığı Kurskda Rusiyanın öz şəhərlərinə qarşı eyni taktikanı istifadə etməsi ədalətli siyasət deyil”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar