Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İran Prezidentinin ana dilində müsahibəsi “Şərq”i dəli etdi

Baxılıb: 737     Tarix: 27-08-2024 14:26   

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan dilində müsahibə verməsinə etiraz edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə "Şərq" qəzetində tənqidi yazı dərc olunub.
Ehsan Huşməndin imzası ilə yayılan yazıda Prezident Aparatının məsullarına xəbərdarlıq edilib.
Yazıda prezidentin Azərbaycan dilində müsahibə verməsinin separatizm və millətçilik meyillərini gücləndirəcəyi iddia edilib.
Huşmənd Məsud Pezeşkianın Azərbaycan dilində müsahibəsinin xarici ölkələrin mediasında rezonans doğurduğunu və bunun ölkənin bütövlüyünə təhlükə olduğunu yazıb.
Panfarsist cərəyana bağlılığı ilə tanınan yazı müəllifi müsahibə verən şəxsin işlətdiyi ifadələrin "Bakı dili"nə xas olduğunu, bunun İranda işlədilən dil və mədəniyyətə uyğun olmadığını bildirib.
Qeyd edək ki, Məsud Pezeşkianın bir neçə gün əvvəlki müsahibəsi sosial media kanallarında yayılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar