Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Selçuk Bayraktar Türkiyədə vergi ödəyicilərinin siyahısına liderlik edir

Baxılıb: 832     Tarix: 28-08-2024 14:51   

Türkiyədə 2023-cü ildə dövlətə ən çox vergi ödəyən şəxslərin siyahısı açıqlanıb.
Qanunvehedef.az “Hürriyet”ə istinadən xəbər verir ki, “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar siyahıya başçılıq edir. İkinci yerdə sözügedən şirkətin baş direktoru Haluk Bayraktar, üçüncü yerdə isə “Koç Holdinq” İdarə Heyətinin sədri Mustafa Rahmi Koç qərarlaşıb.
Gəlirlər İdarəsinin məlumatına görə, Türkiyədə ötən il ərzində ümumilikdə 4 milyon 541 min 644 vergi ödəyicisi tərəfindən illik vergi bəyannaməsi təqdim edilib. Həmin bəyannamələr əsasında 205 milyard 531 milyon 271 min 153 TL gəlir vergisi hesablanıb.
Qeyd edək ki, 44 yaşlı Selçuk Bayraktar “Forbes”un bu ilin aprel ayında yayımladığı “Dünyanın ən zəngin adamları” siyahısında 24-cü yerdə qərarlaşıb. Belə ki, sərvəti 1,2 milyard dollar olaraq dəyərləndirilib. Onun qardaşı, 45 yaşlı Haluk Bayraktarın sərvəti isə 1,1 milyard dollardır.
Bundan başqa, 93 yaşlı Mustafa Rahmi Koç 2,7 milyard dollar sərvətə sahibdir.




Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar