Məşhur aktyoru Engin Altan Düzyatan COP29-da Türkiyəni təmsil edəcək
Baxılıb: 772 Tarix: 29-08-2024 11:48
Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan Bakıya gələcək.
Qanunvehedef.az “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, sənətçi Azərbaycanın paytaxtında 11-22 noyabrda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında öz ölkəsini təmsil edəcək.
Aktyor iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımları təbliğ etmək vəzifəsi daşıyan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq.
Xatırladaq ki, Engin Altan Düzyatan 2023-cü ildə Dubayda keçirilən COP28-də də iştirak edib.
O, Azərbaycan tamaşaçılarına “Diriliş Ertuğrul” serialından tanışdır.
Qanunvehedef.az
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ən çox oxunanlar
Son xəbərlər