Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ukrayna Gürcüstandakı diplomatını geri çağırdı

Baxılıb: 459     Tarix: 09-09-2024 10:58   

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişin geri çağırılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa öz feysbuk hesabında paylaşıb.
O bu barədə Ukrayna səfirləri və baş konsulları ilə görüşdən sonra paylaşım edib.
Yeni nazir Xarişinin hazırda döyüşən dövlətin diplomatiyasının reallıqlarını tam olaraq anlamadığını qeyd edib.
Sibiqa, eyni zamanda XİN rəhbərinin müavini İrina Borovetsin istefasının nəzərdən keçirilməsini təklif edib.
Xatırladaq ki, sentyabrın 5-də Ukrayna Ali Radası Andrey Sibiqanı ölkənin yeni XİN rəhbəri təyin edib. O bu vəzifədə Dmitri Kulebanı əvəz edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar