Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Nikol Paşinyan: İrəvan sazişin razılaşdırılmış hissələrini imzalamağı təklif edir

Baxılıb: 603     Tarix: 10-09-2024 11:43   

“Cənubi Qafqazda dayanıqlı sülh nəinki mümkündür, həm də realdır”.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunun açılışında deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası məsələsində irəliləriş mövcuddur.
“İki ölkə arasında sülh sazişinin 13 maddə və ön söz daxil olmaqla 80 faizi razılaşdırılıb. Üç maddə qismən razılaşdırılıb”, - deyə Paşinyan qeyd edib.
Bildirilib ki, Ermənistan sazişin razılaşdırılmış hissələrini imzalamağı və geri qalan maddələr üzrə işləri davam etdirməyi təklif edir. O, həmçinin əlavə edib ki, sənəd Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur.
Xatırladaq ki, dünən Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan da oxşar açıqlama verib. O bildirib ki, sonuncu dəfə Ermənistan tərəfindən Azərbaycana təqdim edilmiş “sülh sazişi” layihəsinin mətni tam olaraq razılaşdırılıb və layihə razılaşdırılmış müddəaları ehtiva edir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan tərəfi öz ərazisindən keçən hər hansı bir yola nəzarəti üçüncü tərəfə vermək niyyətində deyil. Bununla yanaşı, yük və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün hər iki ölkədə xarici özəl şirkətin prosesə cəlb edilməsi məsələsinin müzakirə edildiyi diqqətə çatdırılıb.
Azərbaycan XİN erməni nazirin sözügedən açıqlamalarına münasibət bildirərək qeyd edib ki, Ermənistan tərəfi növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür: “Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu məqbul hesab edilə bilməz. Çünki, sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir.
Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk Qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir
çox suallar yaradır”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar