Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Leonid Kalaşnikov: Bakı və Ankara mükəmməl başa düşür...

Baxılıb: 767     Tarix: 10-09-2024 12:39   

Azərbaycan və Türkiyə BRİKS-ə üzv olmaq üçün müraciət edib. Bu, onu deməyə əsas verir ki, həm Azərbaycan, həm də Türkiyə Vladimir Putinin yenidən qeyd etdiyi siyasi proseslərdə və iqtisadiyyatdakı tendensiyaları mükəmməl başa düşür.
Qanunvehedef.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı”ya müsahibəsində deyib.
“Bu gün BRİKS kimi birliklər Qərbin təzyiqindən və diktaturasından azad olmağa çalışan formatlar olaraq aktuallıq qazanır. Dövlətlərin getdikcə artan müstəqil siyasət yürütmək istəyi fonunda BRİKS daha da güclənir. BRİKS dövlətləri dünya ərazisinin dörddə birini tutur və planetin sakinlərinin 40 faizindən çoxunun məskunlaşdığı yerdir. Bu gün getdikcə daha çox ölkə anlayır ki, Qərbin təzyiqləri və sanksiyaları qarşısında öz bazarlarını təmin etmək və ümumi bazarlar yaratmaq lazımdır”, - o bildirib.
Siyasətçinin fikrincə, Rusiyaya dost Azərbaycanın BRİKS-ə qoşulmaq üçün real şansı var:
“Üstəlik, bütün BRİKS Rusiya və Azərbaycan ərazilərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin tam şəkildə həyata keçirilməsində maraqlıdır. Bunu nəzərə alaraq hesab edirəm ki, Azərbaycan bu beynəlxalq birliyə qoşulmaqla ən nüfuzlu üzv dövlətlərdən birinə çevrilə bilər. Logistika çox vacib aspektdir. Və bu gün Qərb dövlətlərə təzyiq etmək üçün bundan istifadə edir. Yaxın vaxtlara qədər Rusiyanın iştirak etdiyi bir çox logistik marşrutlar Qərb ölkələrindən keçirdi. Lakin Rusiya ilə Qərb arasındakı münaqişə belə qarşılıqlı əlaqəni problemli edib. Şimal Dəniz Marşrutu və Şimal-Cənub tam işləsə, Qlobal Cənub, Şərq ölkələri və biz fəal şəkildə qarşılıqlı fəaliyyət göstərsək, bu, artıq Qərb logistikasından asılılıq vəziyyətini dəyişəcək

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar