Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mariya Zaxarovadan NATO-ya ittihamlar

Baxılıb: 803     Tarix: 20-09-2024 10:15   

“Kollektiv Qərb postsovet məkanını öz təcrübə meydanı hesab edir və bu, Mərkəzi Asiyada da müşahidə olunur”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində deyib.
“Kollektiv Qərb və NATO sisteminə daxil olan dövlətlər, təəssüf ki, postsovet məkanına öz təcrübələri üçün bir meydan kimi baxırlar. Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla və digərləri ilə birlikdə Qərbin dövlət əmlakını məhv etmək səviyyəsinə qədər daxili işlərə qarışmağa başladığı anı qaçırmamaq üçün bu barədə danışırıq” , - Zaxarova qeyd edib.
Rusiya XİN sözçüsü vurğulayıb ki, bu yolla Qərb ölkələri həm postsovet ölkələrinin mədəniyyətini neytrallaşdırmağa, həm də onların resurslarını idarə etmək imkanı əldə etməyə çalışırlar.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar