Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Stoltenberq: Putini yalnız bu cür başa sala bilərik

Baxılıb: 847     Tarix: 20-09-2024 12:16   

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.
Qanunvehedef.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq postunu tərk etməsi ilə bağlı vida nitqində deyib.
Stoltenberq sülh danışıqlarının Rusiyanın iştirakı ilə aparılmalı olduğunu vurğulayıb və Ukraynanın alyansa üzv olacağına əminliyini bildirib:
“Hərbi güc dialoq üçün zəruri şərtdir. Nə qədər çətin olsa da, qonşularımızla danışmalıyıq. Lakin dialoq yalnız güclü müdafiə ilə dəstəklənəndə işləyir. Bu, Ukraynanın timsalında aydın görünür. Ukraynaya daha çox silah verməklə Putinə istədiyini zorla əldə edə bilməyəcəyini başa sala bilərik. O, Ukraynanın suveren ölkə kimi yaşamaq üçün suveren demokratik hüququnun olduğunu qəbul etməli olacaq”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar