Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşdü - Foto

Baxılıb: 812     Tarix: 25-09-2024 10:10   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, Ukrayna-Rusiya müharibəsinin gedişi və sülh səyləri, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan görüşdə Türkiyənin əvvəldən Ukrayna-Rusiya müharibəsini Ukraynanın ərazi bütövlüyü və suverenliyini qoruyaraq dialoq yolu ilə sona çatdıra biləcəyinə inandığını və bunun üçün səylərini davam etdirdiklərini bildirib.
Türkiyə lideri  Zelenskiyə “Taxıl sazişi”ni bərpa etmək üçün səy göstərəcəyini vəd edib.
Görüşdən sonra xarici işlər naziri Hakan Fidan tərəfindən “Türk Evi”ndən yola salınan Zelenski mətbuat mənsublarının suallarını cavablandırmadan ayrılıb.
Qeyd edək ki, hər iki ölkə başçısı BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak üçün ABŞ-də səfərdədir.



Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar