Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tramp: İran həyatıma təhdidlər yaradır

Baxılıb: 758     Tarix: 25-09-2024 10:57   

 “İran həyatım üçün ciddi təhdidlər yaradır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“ABŞ Silahlı Qüvvələri müşahidə edir və gözləyirlər. İran artıq addımlar atsa da, uğura nail olmayıb. Lakin o, yenidən cəhd edəcək”, - deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, hazırda nə vaxtsa olduğundan daha çox sayda insan və silahla əhatə olunub.
Xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalmış və qulağından yaralanmışdı. Bu ayın 15-də isə keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub.

Qanunvehedef.az

 





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar