Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İranın xarici işlər naziri Türkiyədəki iclasda iştirak edəcək

Baxılıb: 511     Tarix: 09-10-2024 11:21   

İranın xarici işlər naziri Abbas Araqçı “3+3” regional platformasının Türkiyədə keçiriləcək iclasında iştirak edəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəyə istinadən “Sabah” qəzeti yayıb.
Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqaz regionu ölkələrinin və onların qonşularının (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) geniş əməkdaşlığını nəzərdə tutur. Platforma çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub.
Sözügedən görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Gürcüstan iclasda iştirakdan imtina edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan bu görüşdə də iştirak etməyib.
Üçüncü iclasın Türkiyədə keçirilməsi planlaşdırılır. Görüşün dəqiq tarixi hələ açıqlanmayıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar