Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Donald Tramp Harrislə ikinci debatdan imtina etdi

Baxılıb: 734     Tarix: 10-10-2024 11:48   

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə təkrar debat keçirməyəcəyini açıqlayıb.
Qanunvehedef.az “Kommersant”a istinadən məlumatına görə, o bildirib ki, Harris ABŞ-nin hazırkı prezidenti Co Baydenin seçdiyi kursu davam etdirmək niyyətini bəyan etdiyi üçün debat aparmaq mənasızdır.
Xatırladaq ki, Trampla Harris arasında debatın ilk mərhələsi sentyabrın 10-u baş tutub. CNN-in sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63%-i Harrisin qalib gəldiyini deyib. Tramp isə bildirib ki, bu, onun indiyə qədərki ən yaxşı debatıdır. Beləliklə o, növbəti debatın Harris üçün öz mövqeyini yaxşılaşdırmaq baxımından bir şans olacağını iddia edərək, ikinci turdan imtina edib. Harris isə ikinci raunda hazır olduğunu bəyan edib.
Onu da qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-i keçiriləcək.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar